“Prezident daim təhsilimizi diqqətdə saxlayır”

“Pandemiya dövründə təhsilimizin axsamaması üçün Prezident əlindən gələn bütün tədbirləri görüb”

Prezident İlham Əliyev Əmircan qəsəbəsindəki 154 nömrəli məktəbin açılışında iştirak edib. Ölkə başçısı hər zaman olduğu kimi yenə də təhsilin yüksək səviyyədə inkişaf üçün işlər görür. Təsadüfi deyil ki, dövlət siyasətimizin əsas məqsədi də məhz təhsilimizin prioritet sahələrdən birinə çevrilməsidir.

Təhsil sahəsində görülən işlərlə bağlı “Sherg.az”a danışan Əməkdar müəllim Almaz Həsrət bildirib ki, ölkə başçısının təhsilimizə verdiyi diqqət cəmiyyətimizin hər bir üzvünün inkişafı üçün nəzərdə tutulub:



“Cənab Prezidentə təşəkkürlərimi bildirirəm ki, daim təhsilimizi diqqətdə saxlayır. Pandemiya dövründə təhsilimizin axsamaması üçün Prezident əlindən gələn bütün tədbirləri görüb. 

Ölkə başçısı bütün təhsil müəssisələrinin dezinfeksiya maddələri, maskalar, istilik ölçən cihazlarla təmin olunması üçün tapşırıq verib. Sabah ilk dərs günüdür. Bütün məktəblərimiz dezinfeksiya olunub və dərsə tam hazır vəziyyətdədir.

Necə ki Prezidentimiz təhsilimizə və bizə qayğı göstərir, hər birimiz ölkəmizdə təhsilin inkişafı üçün üzərimizə düşən işləri görməyə borcluyuq”.