Texnologiya sual və cavab vərəqələrinə olan ehtiyacı sıfıra endirəcək
Müasir dövrümüzdə vaxt keçdikcə təbaşir və tozluq toxunma ekranları audio-vizual imkanlarla əvəz olunmağa başlayır.
“Sherg.az” xarici mətbuata istinadən xəbər verir ki, artıq dünyada rəqəmsal öyrənmə dövrünə start verilib. Bu dəyişimin tam mərkəzində dayanan texnologiyalar vasitəsilə imtahan proseslərində də yeniliklər olacaq.
Belə ki, gələcək sinif otaqlarında texnologiyalardan istifadə sual və cavab vərəqələrinə olan ehtiyacı sıfıra endirəcək. Çünki onlayn testlər daha az maddi-texniki tənzimləmələrə ehtiyac duyur.
Süni zəka və alqoritmlərindən istifadə tez və dəqiq qiymətləndirməyə də şərait yaradacaq. Nəticədə tələbələr daha çox vaxt qazanacaqlar. Bununla da, onlar karyeralarının gələcək gedişatını planlaya biləcəklər.