Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.
Məlumata görə, sentyabrın 26-də 51 şagirddə hərarət 37 dərəcədən yüksək olub.
Bu gün bir nəfər işçi heyətdə də hərarət 37 dərəcədən yüksək olub.
On şagirddə, iki nəfər işçi heyətdə isə koronavirus aşkarlanıb.
Qeyd edək ki, yeni tədris ili başlayandan bu günədək 154 şagird və 51 nəfər işçi koronavirusa yoluxub.
Distant təhsilə keçən siniflərin sayı 12, məktəblərin sayı isə birdir.