Direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu 5 oktyabr saat 23:59-da başa çatacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər qeyd olunan tarixədək miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Təhsil Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, müsabiqəyə elektron qeydiyyat zamanı hər hansı bir çətinliklə qarşılaşan şəxslər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 mobil nömrəsinə zəng edərək bu barədə məlumat verə bilərlər. Həmin şəxslərin müsabiqə üzrə elektron qeydiyyatı İnsan resursları şöbəsi tərəfindən həyata keçiriləcək və məlumatları araşdırıldıqdan sonra onların direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirakı təmin olunacaq.
Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID 19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.