Beynəlxalq Müəllimlər Günü münasibətilə “Firudin bəy Köçərli” mükafatını təsis edib.
AzEdu.az xəbər verir ki, mükafat hər ilin 5 oktyabr günündə 10 nominasiya üzrə layiqli sahiblərinə təqdim ediləcək.
Qeyd edək ki, AzEdu Təhsil Portalı və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin mükafatı təsis etməsində əsas məqsəd təhsilin inkişafında xüsusi xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.
Hazırda ordumuz cəbhə xəttində şərəfli tarix yazmaqdadır. Ordudakı hər əsgər və zabitin də formalaşmasında və vətənimiz üçün şərəfli xidmətlərində müəllimlərin də xüsusi rolu var.
Bu gün də bizim cəbhə zonasındakı məktəblərimizdə fədakar müəllimlər şagirdlər üçün əllərindən gələni əsirgəmir, ölkənin müxtəlif ərazilərində fəaliyyət göstərən məcburi köçkün məktəbləri fəal tədris prosesindən kənarda qalmır.
“Firudin bəy Köçərli” mükafatı ilk ilində 10 nominasiya üzrə öz sahibini tapıb.
Mükafat bu il aşağıdakı şəxslərə təqdim edilir:
Şagird, müəllim və valideynlər arasında vətənpərvərlik hissələrinin yüksək səviyyədə təbliğinə görə - Goranboy rayon 3 saylı tam orta məktəbin direktoru, Milli Qəhrəman Məhəmməd Həsənov ;
“Böyük qayıdış”ın fədakar müəllimi kimi - Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyev;
Fədakar müəllim adını cəbhə bölgəsində yüksək səviyyədə doğrultduğuna görə - Tərtər rayon Qaradağlı kənd orta məktəbinin müəllimi Nigar Məmmədova;
“Böyük qayıdış”ın fədakar məktəbi kimi - Kəlbəcər rayon 23 saylı tam orta məktəbi;
Müəllimlik adının cəmiyyətdə yüksək səviyyədə qorunmasında xidmətlərinə görə - professor Rafiq Əliyev;
Təhsilin inkişafında zəruri qərarların müəllifi kimi - Təhsil naziri Emin Əmrullayev;
Təhsildə mükəmməl idarəçilik və uğurlu brendin təsisçisi kimi - UNEC rektoru, professor Ədalət Muradov;
Təhsilin inkişafında faydalı ideya və təkliflərin müəllifi kimi - Milli Məclisin deputatı Etibar Əliyev;
Pedaqoji təhsilin modern tələblər istiqamətindəki inkişafında gördüyü işlərə görə - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sədri Rəşad Tağıyev;
Təhsilin inkişagına verdiyi töhfələrə görə BP şirkəti.
Cəbhədə yaşanan hazırki olaylar, şərəfli qalibiyyət döyüşlərini nəzərə alaraq, mükafatlar sahiblərinə indi deyil, müvafiq zamanda təqdim olunacaq.
Ümid edirik ki, bu təltifetmələr tez bir zamanda torpaqlarımızın işğaldan tam azad olunmasından sonra sahiblərinə qovuşacaq!