Qubadlı rayonunun təhsil statistikası - FOTO

Oktyabrın 25-də Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqını Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə bağlı müjdəli xəbərlə sevindirdi. 
Azərbaycan Təhsil Nazirliyi Qubadlı rayonunun təhsil statistikası ilə bağlı infoqrafika hazırlayıb.
2020-2021-ci tədris ili ərzində şəhərdə məktəblərin sayı 32 olub. Eyni zamanda, müəllimlərin sayı 747 və şagirdlərin sayı 6320 nəfər təşkil edib. 
Həmin infoqrafikanı təqdim edirik:

Yaxın gələcəkdə Qubadlının bütün kənd və qəsəbələrində yeni məktəblərin fəaliyyətə başlaması sevincini paylaşacağıq. Zəfər sənindir, #AzərbaycanƏsgəri! #TəhsilNazirliyi #EduAz #QubadlıTəhsili #QarabağAzərbaycandır!