“Başa düşürük ki, noyabrın 2-dən distant təhsilə keçid müəyyən çətinliklər yaradacaq”.
"Sherg.az" xəbər verir ki, bu barədə tədrisin başlaması ilə bağlı keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, son həftələrdə koronavirusa yoluxma halları sürətlə artıb:
“İnanıram ki, müəllimlər və şagirdlərlə birgə nə qədər çətin olsa da, bu mürəkkəb prosesdən çıxacağıq. Ölkədə artıq “Teams” kimi platformalarda kifayət qədər işlər görülüb. Aidiyyəti dövlət qurumları ilə birgə həmin platformanın işləməsi üçün testlər aparılıb. Həmin platformalar növbəti həftələrdə VPN-siz işləyəcək”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda karantin rejimi dekabrın briinə qədər uzadılıb. Noyabrın 2-dən etibarən isə bütün təhsil müəssisələrində dərslər distant formada davam edəcək.