Nazir: Şagird davranış qaydalarının bütün məktəblərdə tətbiqi gözlənilir

2023-2024-cü tədris ilindən şagird davranış qaydalarının bütün məktəblərdə tətbiqi gözlənilir.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.
O bildirib ki, hazırda 300 məktəbdə pilot layihə kimi tətbiq olunur:
"Tədris ilinun sonunda toplanan məlumatlar və tədqiqatlar əsasında son düzəlişlər edərək tətbiq etməyi planlaşdırırıq. Əgər qaydalar özünü doğrultmasa, pilot layihənin müddəti uzadıla bilər".