Amerika universitetinin türk rektoru: Ayşegül Timur ilklərə imza atdı

İstanbul Universitetində Biznesin İdarə Edilməsi üzrə təhsil aldıqdan sonra ABŞ-a köçən Prof. Dr. Ayşegül Timur çalışdığı universitetdə ilklərə imza atıb.  Florida Körfəz Sahil Universitetinin rektor seçilən  ilk türk rektor Timur universitetin ilk qadın rektoru ünvanına da nail olub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, səsvermədən sonra çıxış edən professor. "Bu böyük quruma rəhbərlik etməkdən nə qədər qürur duyduğumu söyləməkdə çətinlik çəkirəm. FGCU-nun növbəti müddətli prezidenti kimi görünmək mənim üçün həqiqətən bir nailiyyətdir" deyə bildirib.

Qəyyumlar Şurasının sədri Peter Sulik, "Doktor Ayşegül Timur ağıllı, çalışqan, qətiyyətlidir və əlbəttə ki, çox cəlbedici liderlik xüsusiyyətlərinə malikdir. Onun iş etikası ilə bağlı heç bir sual yoxdur" deyə vurğulayıb. 


 
Ayşegül Timur iyunda universitetin idarə heyətindən razılıq aldıqdan sonra iyulun 1-də vəzifəsinin icrasına başlayacaq.

Turan