Sertifikasiyadan kəsilən müəllimlər növbəti imtahan...- Tarix açıqlandı

“Ötən il keçirilən sertifikasiya imtahanlarında uğur qazanmayan 2 800 müəllim üçün təkrar imtahanların iyulun sonu avqustun əvvəli keçirilməsi planlaşdırılır”.
“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
O bildirib ki, həmin müəllimlər üçün keçirilən təlimlər tam başa çatmalıdır.

E.Bağırov diqqətə çatdırıb ki, bu gündən etibarən builki imtahanlarda ilk dəfə iştirak edəcək müəllim namizədlərə bildirişlər göndəriləcək: “Onların arasında Azərbaycan dili və ədəbiyyatı, eləcə də ötən il regionlardakı məktəblərdə çalışan ibtidai sinif müəllimləri var”.