Xocalı məktəbində görülən işlər bitmək üzrədir.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
"İnanırıq ki, Xocalı məktəbi növbəti tədris ilində Qarabağda fəaliyyətə başlayan məktəblərimizdən biri olacaq" - nazir qeyd edib.
Nazir deyib ki, orada nə qədər şagirdin təhsil alacağı son tamamlanma işlərindən sonra məlum olacaq:
"Orada təxminən 130-150 şagirdin təhsil alacağı nəzərdə tululur. Təbii ki, əhalinin köçürülmə prosesində yerli əhalinin sayına uyğunlaşdırılacaq. Kəlbəcərdə, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərimizdəki məktəblərdə də tikinti işləri davam etdirilir".