MİQ-in test imtahanı mərhələsinin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Təhsil institundan məlumat verilib.

Bildirilib ki, 2-10 iyul tarixlərində təşkil olunan test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edilib ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.