Bu il Gəncədəki Azərbaycan Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetinin yataqxanalarının tikintisinə başlanıla bilər

Bu il Gəncədəki Azərbaycan Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetinin yataqxanalarının tikintisinə başlanıla bilər.

“Sherg.az” xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun üç illik hesabat tədbirində jurnalistlərin suallarını cavablandırarkən  deyib.

O bildirib ki, tələbə yataqxanalarının tikintisi zəruri məsələlərdəndir:

"Özəl sektoru prosesə cəlb edərək tələbələrin yataqxanalarda qalma şəraitin yaxşılaşdırılması üçün çalışırıq. Hazırda yataqxana problemi olan bir neçə ali təhsil müəssisəsi ilə danışıqlar gedir".