Təhsil haqqının artırılması ilə bağlı əsas olmalıdır -EKSPERT

Azərbaycanda bəzi özəl orta məktəblərdə təhsilhaqları artırılıb. 
İllik ödənişlər 2-4 min manat arasında qaldırılıb. 
Bununla da illik ən ucuz təhsilhaqqı 5500 manat, ən bahalı təhsilhaqqı isə 16500 manat olub.  turbo az mercedes
Yeni tədris ilinin başlamasına 1 ay yarım qalsa da, artıq özəl məktəblərdə şagird qəbulu prosesi başlayıb.Təhsil ekspertlərinin sözlərinə görə, özəl təhsil müəssisələrində tədris dilinə, məktəbin yerləşdiyi əraziyə, nəqliyyat xərclərinə, dərs vəsaitlərinə, qidalanma, məşğələlər, müəllimin yerli və ya xarici olmasına və təhsil pilləsinə görə qiymətlər dəyişir.Dünya bazarında baş verən qiymət dəyişikliyi də özəl orta məktbələrin xəclərinə müəyyən qədər təsir edir. 
Rəsmi rəqəmlərə əsasən Azərbaycanda 34 özəl məktəb fəaliyyət göstərir. Bunlardan 13 özəl təhsil müəssisəsi illik təhsilhaqlarını artırıb. 


Təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, sözügedən məktəblərin illik təhsil haqqının artırılması ilə bağlı əllərində əsas olmalıdır:

“Yəni yeni seqment yaratdıqları, infrastrukturu yaxşılaşdırdıqları və təhsil keyfiyyəti ilə bağlı müəyyən addım atdıqları halda qiymətlərdə müəyyən dəyişiklik edə bilərlər. 4400 dən çox təhsil müəssisəsi var. Onların içərisində də 400-ə yaxını özəl təhsil müəssisəsidir. Bu özəl müəssisələrin təhsil haqqları özləri tərəfindən tənzimlənir. Onlar biri-biri ilə rəqabət aparmaları üçün də müəyyən qədər təhsil haqqlarında dəyişiklik edirlər və yaxudda öz imkanlarını yaxşılaşdırırlar. Oranı bitirən tələbələr də əsasən beynəlxalq proqram əsasında ya xarici universitetələrə, ya da öz ölkəmizin universitetlərinə qəbul olurlar. Ancaq son illər ərzində özəl orta məktəblərdə yüksək bal toplayan tələbələrin sayı çox azdır. Qəbul nəticələri elan olanda istər buraxılış, istərsə də blok imtahanında yüksək nəticə toplayanlar dövlət universitetlərinin və dövlət liseyinin tələbələridir. Ancaq bir neçə özəl təhsil müəssisəsinin tələbələri daha uğurlu proqramlara əsasən xarici ölkə universitetində təhsilə meyillənirlər”.