
Bakı və Abşeronda 2 həftəlik distant təhsilə keçiləcək
21:28 05.11.2024
Elm və Təhsil
681
Ciddi problem yaranmayacaq, çünki Covid dönəmində distant təhsilin alt yapısı formalaşıb
“Qarşıdan distant təhsil gəlir, bahalıq səbəbindən internetdən imtina edənlər neyləyəcək? Rektorlar distantın uzun illər ləngidilməsinə və bu səbəbdən dəymiş zərərə görə hokuməti məhkəməyə verə bilərmi?”. Bu fikirlər Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə aiddir. Məlumdur ki, "Aztelekom" 15 avqust 2024-cü il tarixindən internet tariflərini qaldırdı. Vətəndaşlar arasında bahalıq səbəbindən internetdən imtina edənlər də oldu. İmtina edən ailələrdə tələbə, məktəbli varsa, distant təhsil müddətində çətinliklə üzləşəcək. O.Gündüz məhz bu məsələyə toxunaraq bildirib ki, bir neçə gündən sonra universitetlər COP29 ilə əlaqədar olaraq distant təhsilə keçəcəklər. Distantın vacib elementlərindən biri keyfiyyətli internetdir. Şübhəsiz ki, regionlardan, kəndlərdən də distanta qoşulan tələbələr olacaq:
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə keyfiyyətli internet infrastrukturu qurmaq üçün son 2-3 ildə bir xeyli işlər görüb. Bütün ölkə boyu ən ucqar ərazilərdə də GPON texnologiya ilə nəhəng bir internet infrastrukturu qurub. Bu isə keyfiyyətli rəqəmsal xidmət əldə etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Amma provayderlər 15 avqust tarixdən minimal internet tariflərini 40 faiz qaldırdığından regionlarda internetdən imtina edənlər və "şərikli internetə" keçənlər də oldu. Antiinhisar isə Aztelekom təbii inhisar subyektinə qarşı əsassız tarif artımı və "kartel sövdələşməsi" ittihamı üzrə iş qaldırsa da, az qala 3 ay olur ki, bunu başa çatdıra bilməyib. Beləliklə, hazırda narahatçılıq doğuran məsələ internetdən imtina edənlərin distant təhsil prosesinə necə qoşulacağı ilə bağlıdır.Bu problemi kim həll edəcək, tələbələrə güzəştlər veriləcəkmi? Universitetlər, RİNN və ETN görəsən bununla bağlı nə düşünürlər? Fikrimcə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsil Fondu Aztelekom və digər provayderlərlə birlikdə tələbələrə güzəştlər üçün müəyyən addımlar ata bilər. Yeri gəlmişkən, yenə də hökumət distant təhsil Qaydalarını təsdiqləmədən məsuliyyəti atlb Elm və Təhsil Nazirliyinin üzərinə.
O.Gündüz qeyd edib ki, 15 ildir “Təhsil haqqında” qanunda distant təhsil forması nəzərdə tutulsa da, indiyədək bunu reallaşdırmaq mümkün olmayıb:
- Reallaşdırmaq deyəndə, hökumət özünə lazım olanda distanta keçir, özünün təşkil etdiyi distantla öz universitetlərimizin diplomlarını tanıyır. Amma nə universitetlərimizə imkan vermir ki distant forma üzrə tələbə qəbulu keçirsin, nə də həmin distant formada, xaricdə, Massaçusetdə, yaxud Harvardda təhsil alanın diplomlarını tanıyır. ETN son dövrlərdə qiyabini xeyli məhdudlaşdırıb, gözlənilirdi ki bunun müqabilində distant işə düşəcək. Bir neçə universitetdə bu sahəyə xeyli investisiya yatırıblarl. Lakin təəssüf ki, distant forma rəsmiləşmədiyindən bu investisiyaların geridönüşü olmadı. Universitetləriniz də məhz bu səbəbdən bu təhsil biznesinin faydalarından bəhrələnə bilmirlər, resurslar cəlb edə bilmirlər. Hətta COP29 ərəfəsində də hökumət "öz distantına" keçməyi üstün tutdu, amma ümumi Qaydaları təsdiqləmədi. Məəttəl qalıram hökumətin bu addımına. Ümumiyyətlə, məhz bununla bağlı hökumətin 15 ildə tutduğu mövqe ağlasığmazdır və heç bir ağlabatan izahı yoxdur. Düşünürəm ki, universitet rəhbərlərinin, Rektorlar Şurasının bununla bağlı məhkəməyə müraciət etməkdən başqa yolları qalmayıb.
Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov isə “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Bakı və Abşeronda 2 həftəlik distant təhsilə keçiləcək:

- Düşünmürəm bu, ciddi problem yaradacaq. Çünki Bakı və Abşeronda internetin sürəti, keyfiyyəti regionlara nisbətən yüksəkdir. Ali təhsil müəssisələrinin bir çoxunda isə Covid dönəmində distant təhsilin alt yapısı formalaşıb, tədris infrastrukturu formalaşıb. Məktəb Distant Təhsil Mərkəzi var. Müəllimlərin evdə distant dərs keçmək imkanı yoxdursa, gəlib birada dərsini keçə bilir. Bir çox universitetlərdə də bu sistemə uyğunlaşmalar var. Məsələn, Classrooom Google üzərindən, Teams-də Microsoft üzərindən , Meet Gooogle platforması üzərindən onlayn tədrisdə istifadə olunur. Bu proqramlardan istifadə etməklə distant təhsili icra edə biləcəklər. Bu proqramlaar qoşulma müəllim və tələbə heyətinin korporativ təminatı üçündür. Müddət də azdır, cəmi 2 həftə. Bu müddət ərzində ciddi bir problem olmaz hər halda.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya