Əksər universitetlərdə şəffaf və rüşvətsiz təhsil sistemi qurulub -RƏY
10:48 05.03.2025
Elm və Təhsil
756
Son 7 ildə Tibb Universitetində tələbədən rüşvət alan 6 müəllim işdən uzaqlaşdırılıb.
Bunu "Xəzər Xəbər"ə müsahibəsində universitetin rektoru Gəray Gəraybəyli deyib.
O qeyd edib ki, hazırda universitetdə heç bir rüşvət və ya qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz.
Rektor qeyd edib ki, ölkədə çoxlu plastik-estetik cərrah olsa da, hazırda bu sahədə rezidentura təhsili alan 7 tələbə var, məzun olan isə cəmi 3 nəfərdir.
Rektor həmçinin bildirib ki, universitetin yataqxanası tələbələrin ehtiyaclarını qarşılamır. Bu səbəbdən də yeni yataqxana tikilməsi planlaşdırılır.
Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin müxtəlif dövrlərdə sosial şəbəkələrdə gündəmə gələn, müzakirə olunan geyim kodekslərindən də danışıb.
Rektor onu da xüsusi olaraq qeyd edib ki, universitet tələbələrinin adına saxta səhifələr yaradılması və həmin səhifələrdə qeyri-etik paylaşımlar edilərək tələbələrin şantaj olunması məsələsi araşdırılır. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə tələbənin şikayətini dinləyiblər, lazımi tədbirlər görülür.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki, son illərdə təhsildə, təhsil sistemində, universitetlərin inkişafında kifayət qədər ciddi nailiyyətlər əldə olunub, müəllimlərin əməkhaqqı artırılıb, universitetlər elektron sistemə keçib:
“Hazırda ali təhsil müəssisələrində nadir hallarda nöqsanlar olur. Hətta ümumi olaraq kifayət qədər şəffaflığın olduğunu düşünürəm. Çünki köçürmələr elektronikdir. Yəni burada insan faktoru demək olar ki, yoxdur. Eyni zamanda bir çox universitet qəbul sistemi, elektron imtahan sistemi və kağızlarının yoxlanmasına görə şəffaflıqla əlaqəli addımlar atıb. Ona görə də kütləvi olaraq hansısa bir universitetdə rüşvət sistemi olduğunu demək haqsızlıq olar. Təbii ki, təhsildə rüşvət bağışlanmazdır. Bununla əlaqəli həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində müddəalar nəzərdə tutulur. Digər tərəfdən artıq ali təhsildə rəqabət sistemi də var. Yəni ali təhsildə özünü kifayət qədər yaxşı inkişaf etdirən şəxslər üçün maddi qazanc imkanları da, alternativlər də var ki, bu da rüşvət almağa heç bir əsas verməz. Eyni zamanda elm və ali təhsil üzrə agentlik elmi nəşrlərə görə mükafat sistemi tətbiq edir. Bu da tədqiqat institutları üçün yaxşı bir motivasiyadır. Həmçinin digər universitetlərdə də nəşrlərə və məqalələrə görə mükafat sistemi var. Belə proses içərisində rüşvət faktları olarsa, universitet rəhbərliyi buna qarşı ciddi addımlar atmalıdır. Ümumiyyətlə Elm və Təhsil Nazirliyi bu istiqamətdə neqativ hal olan zaman təcili reaksiya göstərir. Qanunu və etik qaydaları pozan birinə anında müdaxilə olur, məsələ araşdırılır və obyektiv qiymət verilir. Düşünürəm ki, hazırda universitetlər birinci hədəfi başa çatdırıblar. Yəni artıq əksər universitetlərdə şəffaf və rüşvətsiz təhsil sistemi qurulub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə