Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi bir dəfə keçiriləcək
19:35 09.07.2021
Elm və Təhsil
614
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayı ərzində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin təşkil olunması nəzərdə tutulub.
APA xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi birgə məlumat yayıb.Məlumatda bildirilir ki, ali təhsil müəssisələrinə qəbul prosesi yalnız imtahanın keçirilməsi ilə məhdudlaşmır və bir-biri ilə sıx bağlı olan müxtəlif mərhələlərdən ibarətdir.
Belə ki, imtahanlarda yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılmasına 10-14 gün vaxt sərf olunur, imtahan nəticələri elan olunduqdan sonra apellyasiya prosesi, daha sonra ixtisas seçimi mərhələsi, boş qalan plan yerlərinə yenidən ixtisas seçimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı və digər mərhələlər kifayət qədər vaxt tələb edir.
Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən bu il I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin bir dəfə keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlər III ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə iyulun 15-də , I və IV ixtisas qrupları üzrə isə 27-28 iyul tarixlərində keçiriləcək imtahanlarda iştirak etməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin müdafiə naziri Qətərə gedib
19:58 13.04.2026
Region
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət