"Direktorlar ştat vahidlərindən düzgün istifadə etmirlər” - İslahatlar dərinləşsin!
Fidan Həmişəyeva
09:32 09.07.2021
Elm və Təhsil
685
“Məsələn, kimisə təmizlikçi olaraq işə götürüblərsə, həmin şəxsə məktəbin digər işlərini də tapşırırlar”
“Bütün bunlar direktor tərəfindən əmək və vəzifə bölgüsünün düzgün aparılmamasından irəli gəlir”
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki ərazisində yerləşən 137 məktəbdə monitorinq aparılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, monitorinq nazirliyin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.
Monitorinq nəticəsində yoxlama aparılmış 68 dövlət məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda pozuntuları aşkar edilmiş ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb. 1 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5-nə töhmət verilib, 62-nə isə xəbərdarlıq edilib.
Sözügedən yoxlamalar barədə “Sherg.az”a açıqlama verən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təhsil elə bir sahədir ki, oradakı islahatları görüntü xatirinə etmək olmaz:
“Təhsil bir neçə komponentdən ibarətdir: təhsil alan, təhsil verən və məkan. Keyfiyyət yoxlaması apararkən düşünürük ki, görək bu 3 komponentdən hansı təhsilin keyfiyyətinə mane olur. Bəlkə, şagirdlərimiz və ya dərsliklərimiz pisdir? Bir sözlə, konkret olaraq yoxlamalar aparmaq lazımdır ki, keyfiyyətə mane olan məqamlar tapılsın.
Məktəblərdə müvafiq araşdırmalar aparılır, ancaq yoxlanılan sahələrin heç biri bilavasitə təhsilin keyfiyyətinə təsir göstərmir. Məsələn, məktəblərdə pandemiya dövründə otaqlarda havalanmanın necə olduğunu yoxlayırlar. Bununla bağlı məktəbi cərimələməyə nə əsas var? Çünki məktəblər dövlət tərəfindən tikilib, özəl qurum deyil”.
Ekspert təəssüflə qeyd edib ki, ölkəmizdə bəzi məktəb direktorları ştat vahidlərindən düzgün istifadə etmirlər:
“Məsələn, kimisə təmizlikçi olaraq işə götürüblərsə, həmin şəxsə məktəbin digər işlərini də tapşırırlar. Bütün bunlar direktor tərəfindən əmək və vəzifə bölgüsünün düzgün aparılmamasından irəli gəlir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi qısa müddətdir ki, fəaliyyətə başlayıb.
Bu agentlik məktəblərdə yoxlama və monitorinqlər edir. Ümid edirik ki, monitorinqlər keyfiyyətə müsbət təsir göstərəcək. Çünki bu gün Azərbaycan insanı haqlı olaraq təhsildən narahat və narazıdır. Bu, bizim üçün ciddi problemdir. Hesab edirəm ki, əmək nizamnaməsinin tələbləri pozulan məktəblərlə bağlı daha ciddi tədbirlər görmək lazımdır ki, digərlərinə dərs olsun.
Belə yoxlamaların formal xarakter daşımasını müsbət hesab etmirəm. Ümumilikdə təhsil sistemi mütəmadi olaraq özündə yoxlamalar tələb edən sahədir.
Yəni məsul şəxslər məsələyə ciddi yanaşmalıdırlar ki, fəaliyyətlərində qanunsuzluğa yol verməsinlər. Elə məktəblər var ki, gedib orada yoxlama aparmayıblar. Səbəb nədir? Bunun özü isə müəyyən qədər ziddiyət təşkil edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin müdafiə naziri Qətərə gedib
19:58 13.04.2026
Region
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət