Susan Wise Bauer və Jessie Wise tərəfindən qələmə alınan "Evdə Klassik Təhsil" kitabı evdə və alternativ təhsil üsulları ilə maraqlanan valideynlər üçün geniş metodik vəsait təqdim edir.
Sherg.az xəbər verir ki, müəlliflər kitabda məktəbəqədər dövrdən orta məktəbin son sinfinədək klassik təhsil modelini mərhələlərlə izah edir, oxu-yazı, tarix, coğrafiya, riyaziyyat, təbiət elmləri, xarici dillər, incəsənət və musiqi üzrə tədris metodları və mənbələri barədə tövsiyələr verirlər.

Kitab yalnız evdə təhsil alan uşaqların valideynləri üçün deyil, həmçinin övladlarının təhsil prosesində daha fəal iştirak etmək istəyən valideynlər, müəllimlər və alternativ təhsil modelləri ilə maraqlanan oxucular üçün də faydalı mənbə hesab olunur. Müəlliflər vurğulayırlar ki, uşağın təhsili ilə məşğul olmaq eyni zamanda valideynlərin də davamlı öyrənmə prosesinə çevrilir.