Gürcüstanda azərbaycandilli məktəblər batıb, gedəcək
Yusif Nəzərli
09:03 03.11.2021
Elm və Təhsil
644
Azərbaycan dövləti heç olmasa, ildə 10 nəfər dil-ədəbiyyat müəllimi hazırlamalıdır
Gürcüstanın Təhsil Nazirliyi azərbaycandilli məktəblərin bağlanmasının səbəblərini açıqlayıb.
Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi, etnik azlıqların dilləri üzrə ekspert Despine Koiava “Report”un yerli bürosuna müsahibəsində deyib ki, Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalmasının bir neçə səbəbi ola bilər. Bu səbəblərə ölkəni tərk etmə, yaşayış yerinin kənddən şəhərə dəyişdirilməsi və uşaqların gürcüdilli məktəblərə verilməsi aid edilə bilər: “Bəzi azərbaycandilli məktəblərdə uşaqların ümidləri doğrulur və onlar gürcü dilini öyrənirlər. Lakin əksər hallarda pozitiv dinamika olmur.
Nəticədə məktəblilər gürcü dilini mənimsəyə bilmirlər. Buna görə də məqsədimiz artıq bağçadan uşaqların ana dilini saxlamaq və onlara paralel olaraq dövlət dilini öyrətməkdən ibarətdir. Yəni uşaqlar bağçadan bilinqual (ikidilli – red.) təhsilə cəlb olunacaqlar. Bu, gələcəkdə onların vətəndaş cəmiyyətinə inteqrasiyası üçün daha böyük imkanlar verəcək. Qeyd etmək istəyirəm ki, bilinquallar monolinquallarla müqayisədə bacarıqlarını daha çox inkişaf etdirə bilirlər”.
Qeyd edək ki, son iki ildə qonşu ölkədə tədrisi Azərbaycan dilində olan 4 məktəb bağlanıb. 2021-2022-ci tədris ilində fəaliyyət göstərən azərbaycandilli və Azərbaycan bölməsinin olduğu təhsil ocaqlarının sayı 116 təşkil edir.
Məsələni “Şərq”ə dəyərləndirən tarixçi-alim Kərəm Məmmədov bildirib ki, orada müəllimlərin orta yaş həddi 60-ı keçib:
“Mən bunu 5 il bundan əvvəl görürdüm ki, belə bir vəziyyət yaranacaq. Onda bizim bəzi siyasi liderlərimiz bu məsələyə laqeyd yanaşdılar. Yəni təhsil haqqında fikirləşmədilər. Xüsusən də ədəbiyyat müəllimlərinin təqaüd yaşı hələ o vaxt 60 idi. Buna görə də Bakı Dövlət Universitetinin (BDU) Qazax filialı açıldı.Təəssüf ki, sonra bunları əlaqələndirmək mümkün olmadı. Bu gün artıq millət bu faciəni yaşayır. Yeganə çıxış yolu odur ki, vaxtilə, necə ki, Sovet hakimiyyəti illərində vətəndaşlar gəlib, Azərbaycanda təhsil alırdılar, yenə də həmin üsula keçmək lazımdır. Ya Qazax filialında, yaxud da başqa universitetlərdə heç olmasa, ildə 10 nəfər dil-ədəbiyyat müəllimi hazırlansın. Əks təqdirdə məktəblər təbii ki, batıb, gedəcək”.
Alim həmçinin əlavə edib ki, Gürcüstanda Azərbaycan dilində təhsil alanlar Azərbaycanda imtahan verə bilmirlər:
“Buna səbəb proqramın fərqli olmasıdır. Bu barədə Azərbaycan və Gürcüstan Təhsil Nazirliyi arasında razılaşma olmalı, Dövlət İmtahan Mərkəzi (DİM) işə cəlb edilməlidir. Məlum problemlər həll olmadığı müddətcə dilimizi itirəcəyik. Millət dilini itirdisə, kimliyini də itirdi, deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə