Gürcüstanın Təhsil Nazirliyi azərbaycandilli məktəblərin bağlanmasının səbəblərini açıqlayıb
Yusif Nəzərli
11:18 02.11.2021
Elm və Təhsil
736
“Gürcüstanda azərbaycandilli məktəblərin sayının azalmasının bir neçə səbəbi ola bilər. Bu səbəblərə ölkəni tərk etmə, yaşayış yerinin kənddən şəhərə dəyişdirilməsi və uşaqların gürcüdilli məktəblərə verilməsi aid edilə bilər”.
Bunu “Report”un yerli bürosuna müsahibəsində Gürcüstanın Təhsil və Elm Nazirliyinin nümayəndəsi, etnik azlıqların dilləri üzrə ekspert Despine Koiava deyib.
Onun sözlərinə görə, bəzi azərbaycandilli məktəblərdə uşaqların ümidləri doğrulur və onlar gürcü dilini öyrənirlər: “Lakin əksər hallarda pozitiv dinamika olmur və nəticədə məktəblilər gürcü dilini mənimsəyə bilmirlər. Buna görə də məqsədimiz artıq bağçadan uşaqların ana dilini saxlamaq və onlara paralel olaraq dövlət dilini öyrətməkdən ibarətdir. Yəni, uşaqlar bağçadan bilinqual (ikidilli – red.) təhsilə cəlb olunacaqlar və bu, gələcəkdə onların vətəndaş cəmiyyətinə inteqrasiyası üçün daha böyük imkanlar verəcək. Qeyd etmək istəyirəm ki, bilinquallar monolinquallarla müqayisədə bacarıqlarını daha çox inkişaf etdirə bilirlər”.
Mütəxəssis milli azlıq nümayəndələrinin ali məktəblərə qəbul olması üçün tətbiq edilən “1+4” proqramını da dəyərləndirib. O, proqramı uğurlu adlandırıb: “Vaxtilə bu proqram gürcü dilinin öyrədilməsi məqsədilə keçid dövrü üçün yaradılmışdır. Bu, orta məktəblərin bütün siniflərində bilinqual təhsilin tətbiqindən sonra tədricən aradan götürüləcək. Gələcəkdə 12-ci sinfi bitirəcək şagirdlərin gürcü dilini öyrənməsi üçün universitetlərdə aralıq təhsilə etiyacı olmayacaq. Belə ki, onlar dövlət dilini tam biləcəklər”.
Qeyd edək ki, son iki ildə qonşu ölkədə tədrisi Azərbaycan dilində olan 4 məktəb bağlanıb. 2021-2022-ci tədris ilində fəaliyyət göstərən azərbaycandilli və Azərbaycan bölməsinin olduğu təhsil ocaqlarının sayı 116 təşkil edir.
Xatırladaq ki, Gürcüstanda “1+4” proqramının tətbiqinə 2010-cu ildən başlanılıb. Proqrama əsasən, abituriyentlər Azərbaycan, erməni və osetin dillərində ümumi biliklərdən test imtahanı verirlər. Ali məktəbə qəbul olmuş tələbələr bir il ərzində gürcü dilini öyrənirlər və daha sonra istədikləri ixtisas üzrə bakalavr pilləsində təhsil almaq imkanı əldə edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm