Məktəblərə güvən artacaq
Yusif Nəzərli
08:58 18.05.2023
Elm və Təhsil
762
Uşaqların Müdafiəsi İdarəsi məlumatverici funksiya daşıyacaq
Təhsil ocaqlarında bəzi nöqsanlarla bağlı Elm və Təhsil Nazirliyinin təkbaşına fəaliyyət göstərməsi çətinlik yaradır
"Təhsil olan yerdə təhsildən yayınma hallarının olması gözləniləndir. Əsas məsələ bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti qurumların birgə çalışmasıdır". Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə artıq uşaqların müdafiəsi idarəsi də yaradılıb: "İdarənin fəaliyyətinin qurulması üçün işlər görülür. İdarə bu kimi hallarla bağlı müvafiq qurumlarla birgə işləyəcək. Beləliklə, şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil alması üçün şərait yaratmış olacağıq".
Uşaqların Müdafiəsi İdarəsi şagirdlərin təhsildən yayınmasının qarşısını necə alacaq? Bəs məktəblinin dostu layihəsi necə oldu? Bu gün də orta ümumtəhsil məktəblərində “məktəblinin dostları” fəaliyyət göstərir. Hazırlanan reklam çarxlarına baxdıqda “məktəblinin dostu”nun qaçan şagirdi saxladığı, yanğın zamanı evakuasiya ilə məşğul olduğu, səhhəti pisləşən şagirdə ilkin yardım göstərdiyi görünür. Belə çıxır ki, “məktəblinin dostu” daxili probemlərin həlli üçündür, xarici problemlərin – məsələn, şagirdlərin təhsildən yayınması, təhlükəsiz təhsilin təşkilini isə Müdafiə İdarəsi həyata keçirəcək? Elm və Təhsil Nazirliyinin bacarmadığı işi Müdafiə İdarəsi icra edəcək.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi “Şərq”ə açıqlamasında qeyd etdi ki, idarənin yaradılması təhsil sektorunda neqativ halların qarşısının alınması məqsədi daşıyır:
- Uşaqların Müdafiəsi İdarəsinin yaradılması haqqında qərar Nazirlər Kabineti tərəfindən 2010-cu ildə imzalanıb. İdarə Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərməlidir. Qərara görə, idarə əsasən dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi prosesini, fiziki qüsurlu uşaqların təhsilə cəlbini icra etməlidir. Yəqin ki, idarənin funksiyaları bir qədər də genişləndiriləcək. İdarə həm də təhsil sektorundakı nöqsanların aradan qaldırılmasına xidmət edəcək. Nöqsanlar deyiləndə, şagird-müəllim-valideyn münasibətlərinin yaxşılaşması, təhsildən yayınmaların qarşısının alınması, şagirdlərin daha keyfiyyətli təhsil almasını təmin etmək nəzərdə tutulur.
E.Əfəndi qeyd etdi ki, ümumtəhsil müəssisələrində baş verən bəzi nöqsanlarla bağlı Elm və Təhsil Nazirliyinin təkbaşına fəaliyyət göstərməsi çətinlik yaradır:
- Bəzən məktəblərdə elə hadisələr baş verir ki, hüquq-mühafizə orqanlarının, Səhiyyə Nazirliyinin müdaxiləsi vacib olur. Belə vəziyyətlərdə qurumlar arasında koordinasiyanın təşkili zəruri hal alır. İdarə prosesə nəzarət, həmçinin məlumatverici funksiya daşıyacaq. Hesab edirəm ki, Uşaqları Müdafiə İdarəsi fövqəladə hallarda Elm və Təhsil Nazirliyi ilə digər aidiyyətli qurumların əlaqəsini təşkil edə bilər, yaranmış problemlər daha tez həllini tapar. Hər halda buna ümid edək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya