Məleykə Abbaszadə 3-cü “Yüksəliş” müsabiqəsinin eksperti və bir qrup finalçısı ilə görüşüb
14:07 08.08.2023
Elm və Təhsil
993
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 3-cü “Yüksəliş” müsabiqəsinin eksperti və bir qrup finalçısı ilə görüşüb.
Mərkəzdən "Report"a verilən məlumata görə, görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixinə aid muzey ilə tanış olublar.
Görüş “Yüksəliş” müsabiqəsinin iştirakçıları və Mərkəz arasında təcrübə mübadiləsi aparmaq, faydalı mövzularda təlimlər təşkil etmək və sosial layihələr həyata keçirmək məqsədilə təşkil olunub.
Görüşdə DİM-in müsabiqə zamanı iştirakçıların bilik və kompetensiyalarının ölçülməsində rolu, dünya təcrübəsində mövcud tendensiyalar və eyni zamanda onların Azərbaycanda tətbiqi zamanı yarana biləcək çətinliklər və real imkanlar barədə müzakirələr aparılıb.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi