Müəllimlər DİM-i məhkəməyə vermək istəyib, amma... – SƏBƏB ?
Banuçiçək Kalbalıyeva
12:58 24.07.2020
Elm və Təhsil
981
“Suallarında mübahisəli 6-7 məqam aşkarlandı. Üç yüz müəllim petisiya imzalayıb DİM-ə göndərdi”
“Amma bu qurum bildiyindən əl çəkmədi. Elə bil, dedikləri quran ayəsidir”
“Quba regionunda ingilis dii fənni üzrə nəticələrin 80 faizi “2” qiymətinə layiq görülüb
” 11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarının nəticələri elan olunub. İştirakı nəzərdə tutulan 9180 nəfərdən 353 nəfər imtahana gəlməyib. Qaydaları pozduğu üçün yeddi nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Dəslərin uzun müddət distant şəkildə davam etdiyini və imtahanların da ilk dəfə olaraq bu formatda keçirildiyini nəzərə alsaq, nəticələr əksəriyyət üçün maraqlıdır.
Təhsil eksperti Nabətəli Qulamoğlu imtahanlarla bağlı “Sherg.az”a danışarkən narazılığını bildirib:
“Müəyyən güzəştlərin olacağını gözləyirdik.Amma ayın 10-da keçirilən imtahanlara əsasən deyə bilərəm ki, nəinki çətin, hətta mübahisəli suallar da az deyildi. Halbuki DİM-in qəbul etdiyi imtahan qaydalarına müvafiq olaraq, elmi mübahisə doğuran məqamlar sual predmetinə çevrilməməlidir.
DİM-i məhkəməyə vermək istədiksə də, Mülki məcəllədə buna uyğun bir maddə tapmadıq. Mütəxəssislər imtahan suallarında mübahisəli 6-7 məqam aşkarladılar. Üç yüz müəllim petisiya imzalayaraq DİM-ə göndərdi.
Amma bu qurum yenə də bildiyindən əl çəkmədi. Elə bil, dedikləri quran ayəsidir. Düzü, ötən ilki imtahan suallarından çox razı qalmış, hətta bu barədə fikrimi DİM sözçüsünə bildirmişdim. Bu dəfə isə çox acınacaqlı vəziyyətlə üzləşdik.
Müəllimlərin hesablarına görə, Quba regionunda ingilis dii fənni üzrə nəticələrin 80 faizi “2” qiymətinə layiq görülüb. Deməli, narazılıq etməyə haqqımız var. Dünənki imtahan nəticələrindən xəbərim yoxdur, amma qənaətbəxş olmadığından əminəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə