Naxçıvanda da dövlət orqanlarına qəbulu DİM həyata keçirəcək
17:30 09.08.2023
Elm və Təhsil
706
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi ləğv edilib və artıq Naxçıvanda da dövlət orqanlarına dövlət qulluqçularının qəbulu, inzibati vəzifələrin tutulması Azərbaycan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova Naxçıvanda dövlət qulluqçuları ilə dövlət qulluğuna qəbul məsələlərinin müzakirəsinə dair təlimdə deyib.
Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq sosial-iqtisadi inkişafa doğru uğurlu addımlar atılmaqdadır. Görülən işlərin bir hissəsi də məhz dövlət qulluğu sahəsində aparılır. Bu sahədə əsas istiqamət peşəkar kadrların, yüksək ixtisaslı mütəxəssislərin hazırlığı və qəbuludur.
“Biz ayda bir dəfə dövlət qulluğuna qəbulla bağlı sertifikat imtahanları keçiririk. Eyni imtahanları Naxçıvanda da təşkil edəcəyik. Burada da dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər o imtahanlarda iştirak edə biləcək, sertifikatları əldə edə biləcəklər. Onlar bu sertifikatla Azərbaycanın digər dövlət orqanlarına da müraciət edə biləcəklər”, - N.Bayramova qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət