Psixoloq NARAZIDIR: “Məktəblərdə psixoloqlar vahid proqramla işləmirlər”
Fidan Həmişəyeva
13:43 02.03.2020
Elm və Təhsil
878
“Kim hansı texnika və metodikanı tapırsa, ondan da istifadə edir”
“Nazirliyin tərkibində ayrıca tədris vəsaitləri hazırlanmalıdır. Bu vəsaitləri metodiklərə öyrətməlidirlər”
Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib: şagird sayı 1000-dək olduqda, bir vahid; şagird sayı 1000-dən 3000-dək olduqda, iki vahid; şagird sayı 3000-dən çox olduqda, üç vahid. Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.
Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq Azad İsazadə bildirib ki, təkcə psixoloq sayın artırılması ilə problem həll olunmayacaq. Onun sözlərinə görə, məktəblərdə psixoloqların sayı kifayət qədər deyil:
“Başa düşməliyik ki, 1000 nəfərə təyin edilmiş bir psixoloq gələcəkdə problemlərlə rastlaşa bilər. Problemli uşaqların sayı artsa, psixoloq işin öhdəsindən tək gələ bilməyəcək. Bu gün psixoloqların sayının artması ilə paralel onların statusunun qalxması da vacibdir”.
A.İsazadə həmçinin bildirib ki, psixoloqun müəyyən səlahiyyətləri olmalıdır:
“O, müəllimlərlə, valideynlərlə işləyə bilməlidir. Çox güman ki, baş nazir təhsil nazirinin təklifi ilə rəqəmləri müəyyən edib və qərarı imzalayıb. Paralel problemlərdən biri də odur ki, bu gün məktəblərdə psixoloqlar vahid proqramla işləmirlər. Kim hansı texnika və metodikanı tapırsa, ondan da istifadə edir.
Nazirliyin tərkibində ayrıca vəsaitlər hazırlanmalıdır. Bu vəsaitləri metodiklərə öyrətməlidirlər. Təkcə pixoloq sayın artırılması ilə problem həll olunmayacaq. Sayla bərabər keyfiyyətin artırılmasını da təmin etmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
20:49 07.07.2026
Futbol
Monako partlayışı: Əsas şübhəli Ukraynada ölü tapıldı
20:28 07.07.2026
Dünya
Tramp Ankarada açıqladı: Bu adaya biz nəzarət etməliyik!
20:14 07.07.2026
Dünya
Turanın rəqəmsal yaddaşı qurulur
20:14 07.07.2026
Texnologiya
"Toyota" Meksikadan ABŞ-yə köçür
20:07 07.07.2026
Dünya
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm
Azərbaycan beynəlxalq etimadın mərkəzindədir - ŞƏRH
17:45 07.07.2026
Gündəm
Tramp: Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir
17:39 07.07.2026
Gündəm