Sertifikasiya təhsilin tərəqqisinə təkan verir...
Yusif Nəzərli
13:51 31.10.2023
Elm və Təhsil
579
Son 2 il ərzində keçirilən sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən, 2023-cü ilin IV rübü üzrə təhsilverənlərin orta aylıq əməkhaqqısı 830 manata çatacaq.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
İmtahanda 30-50 bal arası, eləcə də 51 bal və daha yuxarı nəticə göstərmiş şəxslər üzrə isə bu göstərici daha da yüksək olacaq.
Sertifikatlaşdırmanın nəticələrinə əsasən əməkhaqqı artımı üçün ayrılan və növbəti ildə ayrılması nəzərdə tutulan vəsaitə görə sertfikatlaşdırma imtahanında yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısı 1270 manat, sertfikatlaşdırma imtahanın da uğur qazanmış müəllimlərin əməkhaqqısı 1030 manat və sertfikatlaşdırmada iştirak etməmiş müəllimlərin əməkhaqqı 750 olaraq müəyyənləşib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, ümumlikdə sertifikasiya imtahanlarının keçirilməsi məqsədəuyğun qərardı:
“Təhsilverənlərin bilik və bacarıqlarının yoxlanılması təhsilin tərəqqisi və təhsilalanların ümumi təhsil göstəricilərinə təsir edən əsas amillərdəndir. Çünki bu imtahandan sonra həqiqi bilik sahibləri təhsil sferasında qalır və övladlarımızın bilik və bacarıqlarının formalaşmasında əsas rol oynayırlar”.
Ekspert sertfikasiyanın keçirilməsi əsasında müəllimlərin əmək haqqlarının diferensiallaşmış qaydada hesablanmasının düzgün addım olduğunu vurğulayıb:
“Çünki əgər bilik və bacarıqlar yoxlanılırsa, onların qiymətləndirilməsi də aparılmalıdır. 51 və üzəri bal toplayanların əmək haqqısında 35 faiz artım olur. 31-50 aralığında nəticə göstərənlərdə isə 10 faiz əmək haqqı artımı olur. Bu artım müəllimlərə əlavə motivasiya vermiş olur. Nəticə etibarı ilə həm motivasiya, həm də bilik və bacarıqlarının yerində olması təmin edilir. Uşaqların daha yaxşı təsil almasına şərait yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya