Süni intellekt texnologiyası işçi qüvvəsinin 40 faizinə təsir edə bilər

Dünya miqyasında mühüm bir inkişaf olaraq görülən süni intellekt texnologiyasının işçi qüvvəsinə potensial təsiri narahatlıqları artırıb. 
"Sherg.az" xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun ( BVF ) mövzu ilə bağlı apardığı araşdırma süni intellektin işçi qüvvəsi və gəlir balansına təsirini ortaya çıxarıb.
BVF-nin hesabatına görə, süni intellekt yüksək təlim keçmiş mütəxəssislərin sahəsi olan mürəkkəb düşünmə, problem həll etmə və ya mürəkkəb məlumatların şərhi kimi bacarıqlar tələb edən iş sahələrində insanları əvəz edə bilər. Hesabatda süni intellektin dünya üzrə işçi qüvvəsinin 40 faizinə təsir göstərə biləcəyi, inkişaf etmiş iqtisadiyyatlarda isə bu nisbətin yüzdə 60-a çata biləcəyi bildirilir.
Araşdırmada BVF süni intellektin cəmiyyət üçün nəticələrini proqnozlaşdırmağın çətin olduğunu, lakin bu texnologiyanın gələcəkdə gəlir bərabərsizliyini daha da artıra biləcəyini bildirib. Süni intellektin bir çox sahədə iş həyatına fayda verə biləcəyi, lakin inkişaf etməkdə olan iqtisadiyyatların süni intellektin üstünlüklərindən daha az faydalandığı vurğulanıb.
BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, dünya məhsuldarlığı və qlobal iqtisadi artımı artıra biləcək texnoloji inqilabın astanasındadır , lakin bunun nəticəsində bəziləri öz dolanışıqlarını itirə bilər. Mövzu ilə bağlı əksər ssenarilərə görə, süni intellektin bərabərsizliyi daha da pisləşdirəcəyini ifadə edən Georgieva, texnologiyanın sosial gərginliyi artırmasının qarşısını almaq üçün siyasətçilərin planlı şəkildə hərəkət etməsi lazım olduğunu ifadə edib.