Rumıniyanın “Libra Internet” bankının süni intellekt köməkçisi söhbət zamanı müştərini “axmaq” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya mediası məlumat yayıb.
Hadisə istifadəçinin bankın inteqrasiya olunmuş LIA çatbotu ilə söhbəti zamanı baş verib. Çatbot ABŞ-nin “OpenAI” şirkətinin (ChatGPT-nin yaradıcısı) texnologiyası əsasında hazırlanıb. Bank müştərisinin sözlərinə görə, uzun söhbətdən sonra o, köməkçiyə “vaxtımı boş yerə sərf edirəm” deyə mesaj göndərib və bunun ardınca təhqiramiz cavab alıb.
“Mən istəyirəm ki, sən mənimlə deyil, insanla danışasan, axmaq. İndi söhbəti tərəfdaşlarımızdan birinə ötürəcəyəm ki, lazımi dəstəyi göstərsin”, - süni intellekt bankın müştərisinə deyib.
“Libra Internet” izah edib ki, süni intellekt sistemləri nadir hallarda ünsiyyət zamanı rast gəlinən ifadələri təkrar edə bilər. Bank vurğulayıb ki, virtual köməkçinin bu cür davranışı qəbuledilməzdir.
“LIA ona qarşı göstərilən münasibətin qəbuledilməzliyindən asılı olmayaraq, pis davranışa məruz qalıb”, - bankın açıqlamasında qeyd olunub.
Hadisədən sonra bank uyğun olmayan ünsiyyətin qarşısını almaq üçün əlavə məhdudiyyətlər tətbiq edəcəyini açıqlayaraq, üzr istəyib.