"Facebook"un işində nasazlıq yarandı

ABŞ-də istifadəçilər "Facebook" sosial şəbəkəsinin işində problemlərlə üzləşiblər.

Oxu.Az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən "Downdetector" portalının məlumatında bildirilir.

Məlumata görə, son bir saat ərzində 1 800-dən çox istifadəçi nasazlıq barədə məlumat verib. Onlardan 38%-i saytın işləməsində, 36%-i mobil tətbiqə girişdə, 14%-i isə hesablarına daxil olmaqda problem yaşadıqlarını bildirib.

Qeyd olunur ki, oxşar nasazlıqlar Böyük Britaniya, Kanada və Meksika ərazisində də qeydə alınıb.