
İnformasiya təhlükəsizliyində yeni mərhələ - Dövlət və özəl sektorun əməkdaşlığı güclənir
İnformasiya təhlükəsizliyində yeni mərhələ - Dövlət və özəl sektorun əməkdaşlığı güclənir
02:30 16.05.2025
Texnologiya
509
Prezident İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” sərəncama dəyişiklik edib.
Yeni sərəncama əsasən, Komissiyaya sədrliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisindən alınıb və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə verilib.
Komissiyanın tərkibinə bir sıra nazirlik və xüsusi xidmət orqanlarının müavinləri və Elektron Təhlükəsizlik Xidmətinin rəisi daxildir. Həmçinin Komissiya haqqında Əsasnamədə dəyişiklik olunub və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin katiblik funksiyası ləğv edilib.
Sərəncamı şərh edən edən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Sherg.az-a açıqlamasında ictimai infrastrukturun kibermüdafiəsinin birgə tədbirlərlə gücləndirildiyini deyib:

“Prezident İlham Əliyevin imzaladığı Sərəncamla İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının rəhbərliyində və tərkibində mühüm institusional dəyişikliklər həyata keçirilib. Artıq Komissiyanın sədri kimi Rəqəmsal İnkişaf və Nəqliyyat naziri müəyyən edilib. Bu addım, koordinasiya funksiyalarının mülki və texnologiya yönümlü strateji idarəetmə modeli üzərində qurulduğunu göstərir.
Əvvəllər hərbi profilli qurumun nəzarətində olan bu struktur, indi rəqəmsal strategiyaya əsaslanan, çevik və texnoloji fəlsəfəyə malik bir yanaşma ilə əvəz edilib. Bu, təkcə struktur dəyişikliyi deyil – dövlətin informasiya təhlükəsizliyinə münasibətində fəlsəfi və idarəetmə baxımından keyfiyyət dəyişikliyidir.
Dəyişikliklərin əsas məqsədi — ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına qarşı kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş və operativ tədbirlərin həyata keçirilməsini təmin etməkdir. Hesab edirəm ki, burada əsas hədəf – kritik infrastrukturun informasiya sistemlərinə qarşı yönəlmiş hücumlara qarşı sürətli koordinasiya və nəticəyönümlü əks tədbirlərin həyata keçirilməsidir”.
E.Abbasovun sözlərinə görə, əsas dəyişikliklərdən biri Komissiyanın rəhbərliyinin hərbi-idarəetmə modelindən çıxarılaraq texnoloji-strateji qərarvermə orqanına həvalə edilməsidir:
“Bununla yanaşı, Elektron Təhlükəsizlik Xidməti, Elm və Təhsil Nazirliyi və digər texnoloji institutların koordinasiyadakı rolu gücləndirilib. Komissiyanın yeni tərkibi daha çox əməliyyat yönümlü, qərarverici və tətbiq yönümlü strukturlardan ibarətdir. Yeni yanaşma beynəlxalq təcrübələrə uyğun olaraq dövlət–özəl sektor sinerjisini, kritik infrastrukturlarda preventiv müdafiəni və proaktiv kiberdayanıqlılığı ön plana çıxarır. Mövcud irəliləyişlərin davamı olaraq, son illər ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti ilə koordinasiya çərçivəsində kritik informasiya infrastrukturunun qurulması istiqamətində mühüm nəticələr əldə olunmuşdu. Yeni mərhələ bu irəliləyişlərin genişləndirilməsini və xüsusilə qeyri-dövlət sektorunun informasiya təhlükəsizliyi sistemlərinə inteqrasiyasını prioritetə çevirir. Bu yanaşma, qeyri-dövlət sektorunda təhlükəsizlik mədəniyyətinin formalaşmasına əhəmiyyətli töhfə verəcəkdir”.
AİKTSA sədrinin fikrincə, bu islahat dövlətin informasiya təhlükəsizliyi sistemini yalnız qoruma vasitəsi deyil, inkişaf və davamlılıq aləti kimi mövqeləndirir: “Azərbaycan, rəqəmsal dövrdə kibertəhlükəsizliyi müasir idarəetmənin və dayanıqlı inkişafın əsas sütunlarından biri kimi yenidən müəyyənləşdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə