
Mütəxəssis: "Mygov"un təkminləşdirilməsi rəqəmsal vətəndaş və cəmiyyət üçün faydalı addımdır
10:16 17.09.2024
Texnologiya
1244
Vətəndaşların vahid bir platformadan bütün dövlət qurumlarının xidmətlərinə əlçatanlığını təmin etməyi qarşımıza məqsəd qoymuşuq.
Bunu yenilənmiş "mygov" rəqəmsal hökumət plarformasının təqdimatı zamanı sual-cavab sessiyasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyəti sədrinin müavini Şahin Əliyev deyib.
O, bildirib ki, müxtəlif dövlət qurumları ilə xidmətlərin daha əlçatan və rahat formada "mygov" üzərindən təqdim edilməsi ilə bağlı işlər görülür:
"Məsələn, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə şəxsiyyət vəsiqələri və sürücülük vəsiqələrinin inteqrasiya ilə bağlı işlər görmüşük. Növbəti mərhələdə məhkumluq haqqında arayışın "mygov"a gətirilməsi nəzərdə tutulub. Eyni zamanda, mobil notariatın bütün funksionallıqlarının "mygov"a gətirilməsi nəzərdə tutulub. Bu proses davam edəcək".
Agentliyinin idarə heyətinin sədri İnarə Vəliyeva da bildirib ki, ümumi baxış bütün xidmətlərin bir platforma üzərində toplanmasından ibarətdir:
"Amma bu müəyyən vaxt aparan bir prosesdir. Çünki biz bu xidmətləri nir yerə toplamazdan öncə başqa plaforma və mobil tətbiqlər yaradılmışdı. Biz prosesə bu şəkildə başlamalı idik. Əvvəlcə "mygov"u təqdim etməli idik ki, daha sonra hamıdan bura toplanmağı tələb edək".
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında deyib ki, “mygov” Azərbaycanda dövlət qurumları ilə vətəndaş münasibətinin düzgün və rəqəmsal mühitdə formalaşması üçün bir pəncərədir:

“ “mygov”un innovasiyalar və rəqəmsal inkişaf agentliyininin daxilində ona yaxın sənəd var. Həmin sənədin dördü “mygov”a, digərləri isə başqa qurumlara aiddir. Yəni heç bir quruma müraciət etmədən 10 sənədi rəqəmsal mühitdən əldə edirik. Bu da Azərbaycanın rəqəmsallaşma yolunda addımlarının düzgün istiqamətdə olduğunun göstəricisidir. Ümumiyyətlə “Mygov” bizneslər, vətəndaşlar və dövlətin digər qurumları üçün elektron pəncərə funksiyasıdır. Şəxsiyyət vəsiqəsi, ailə tərkibi, iş yeri, təhsil, səhiyyə və digər sənədləri də “mygov” üzərindən görə bilərik. Bunların hər biri rəqəmsal vətəndaş və cəmiyyət üçün faydalı addımlardır. Ümid edirik ki, gələcək zamanlarda bu siyahı artacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi