Hüquq müdafiəçisindən təklif: "Belə ailələrdə uşaqlar valideynlərindən alınmalıdır"  


Bakıda atasının 11 yaşlı uşağı  bıçaqlaması hadisəsi nəzarətə götürülüb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı müvafiq araşdırmalara başlanılıb: “Tədqiqatın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.

Hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu övladı, 2009-cu il təvəllüdlü C.İsmayılovun baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib. Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun baş ənsə nahiyəsində bir kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb.

Araşdırma nəticəsində məlum olub ki, ata oğlunu dilənməyə məcbur edib. Uşaq buna razı olmadıqda isə kişi zorakılığa əl atıb. 

Camaat övlad həsrəti çəkir, uşaqlarını göz bəbəyi kimi qoruyur, bunlar isə... Görünür, ya insanlıq hissləri yoxdur, ya da valideynlik heysiyyatları. 

"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova "Sherg.az"a açıqlamasında belə valideynlərin cəzalanmasını tələb etdi:


"Bilmirəm, məhkəmə məsələni insan alveri kimi qiymətləndirəcək, ya yox. Amma istənilən halda cinayət işi açılmalı və o adam müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdır".

M. Zeynalovanın fikrincə, belə ailələrdə uşaqlar valideynlərin əlindən alınmalıdır:

"Yeganə çıxış yolu odur ki, bu cür ana, atalar valideynlik hüququndan məhrum edilsin. Bu proses müvafiq qaydada həyata keçirilməlidir. Çünki bəzi valideynlər övladlarına əmlak kimi baxırlar".


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu