Ucarda yük maşını yanıb

Ucarda yük maşını yanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Heydər Əliyev prospektində baş verib. Elçin Elşad oğlu Kərimova məxsus "QAZel" markalı yük maşın anidən alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. İlkin ehtimala görə, hadisəyə minik maşınında baş verən qısaqapanma səbəb olub.

Fakt araşdırılır.