"Sizin sayənizdə xalqımız gözə görünməyən düşməndən xilas olunmaqdadır" - Şərur rayonundan Prezidentə yazırlar


"Hörmətli cənab Prezident.
Sizə müraciət etməyimin əsas məqsədi səmimi minnətdarlığımı bildirməkdir. Mən çox şadam ki, ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu tərəqqi strategiyası ilə Azərbaycanımız uğurla irəliləyir, gündən-günə inkişaf edir, çiçəklənir".

Bu sözlər Şərur rayonundan olan Səfər Hüseynovun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təşəkkür məktubundandı. O, daha sonra yazır:

"Bir zamanlar Ümummilli Liderimiz tərəfindən Azərbaycanımız vətəndaş müharibəsindən, parçalanmadan və tənəzzüldən xilas edildiyi kimi, bu gün də Sizin apardığınız siyasət nəticəsində Azərbaycan xalqı gözə görünməyən düşməndən - COVID-19 pandemiyası bəlasından xilas olunmaqdadır. Qəbul etdiyiniz qərarlar nəticəsində Azərbaycanımız böyük dövlətlərlə müqayisədə bu bəladan ən az zərər çəkən ölkələrdən biridir. Xalqımızın sağlamlığının qorunması sahəsində qəbul etdiyiniz qərarlar ulu öndər Heydər Əliyev strategiyasının düzgünlüyünü növbəti dəfə sübut etmişdir.
Cənab Prezident, bütün bunlar üçün bir daha Sizə minnətdarlığımı bildirirəm. Var olun"!

Paylaş

Bizi Facebookda izləyin
menu
menu