Tərtərdən Prezidentə yazırlar: “Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var. Tanrı Sizi qorusun! 

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.

Tərtər rayonunun Yuxarı Qapanlı və Qazyan kəndlərinin sakinləri adından dövlətimizin başçısına minnətdarlıq edən Qədim Səfərov, Çingiz Cabbarov, Nəriman Əliyev və Cəfərov Altay yazırlar:

“Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən, uzunluğu 33,5 kilometr olan Səhlabad-Əskipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Ərazidə kommunikasiya xətləri qaydaya salınıb, su ötürücüləri qoyulub. Artıq yolun Səhlabad-Əskipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı-Yuxarı Qapanlı-Qazyan kəndlərini birləşdirən hissəsinə asfalt döşənib. Avtomobil yolunun yenidən qurulması biz Yuxarı Qapanlı və Qazyan kəndlərinin sakinlərinin də böyük sevincinə səbəb olub. Çünki gediş-gəlişimiz rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb, kənd təsərrüfatı məhsullarını mənzil başına vaxtında və itkisiz çatdırırıq. Möhtərəm cənab Prezident, biz cəbhə bölgəsinin sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var. Tanrı Sizi qorusun! Biz tərtərlilər həmişə Sizinləyik!”

Paylaş

Bizi Facebookda izləyin
menu
menu