“Volvo” 500 min avtomobili geri qaytarır – Təhlükə var


İsveç avtomobil istehsalçısı "Volvo" bütün dünyada satılmış təxminən 500 min avtomobilini geri çağırır.

Sputnik Azərbaycan-ın məlumatına görə, buna səbəb avtomobillərin mühərrik bölməsində alışma təhlükəsi olub.

Şirkət qeyd edir ki, 2014-2019-cu illər arasında istehsal olunan dördsilindrli dizel mühərrikli modellər, eləcə də V40, V60, V70, S80, XC60 və XC90 geri çağırılacaqlar.

Xatırladaq ki, qeyd olunan 500 min avtomobilin 86 mini İsveçin özündədir.