İraqda ABŞ-İran müharibəsi gedir - ATUAL ŞƏRH

"Amerika Birləşmiş Ştatları İranla birbaşa müharibə aparmasa da, iki dövlət arasında müharibə İraq ərazisində gedir".

Bunu Sherg.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, İraq sanki poliqona çevrilib: 

"İraqda İran tərəfdarları var. Eyni zamanda Amerika hərbi birləşmələri də mövcuddur. Odur ki, iki qüvvə İraq ərazisində qarşı-qarşıya gəlirlər. Əziyyət çəkən isə İraq xalqı olur. İran həm də intiqam alır. Bir müddət əvvəl İranın İraqdakı konsulluğuna hücum təşkil edilmişdi. Tehran bunun arxasında Amerikanın dayandığına inanırdı. İndi isə əksinə İraqda Amerika səfirliyinə hücum edildi. Bu dəfə isə tərsinə - Amerika işin arxasında İranın dayandığına inanır. Yəni vəziyyət mürəkkəbdir".