7 saatlıq da olsa… - Belə görüşlər nəticə verməyəcək

“Açığı, belə görüşlərin real nəticə verəcəyinə inanmıram”. 

Bunu Sherg.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. 

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü şərh edən analitikin sözlərinə görə, Ermənistan sülh razılaşmasını əldə etməyə imkan vermir: 

“Paşinyan da özündən əvvəlki prezidentlərin xəttini davam etdirir. Əslində, Paşinyan özü də kiçik bir fiqurdur. Düşünürəm ki, biz Kreml və Vaşinqtondan konkret soruşmalıyıq ki, “real sülhə nail olmaq istəyirsiniz, yoxsa vasitəçilər vaxt udmaqla məşğuldur?”. Əgər görüşlər real nəticə vermirsə, öz ərazilərimizi azad etməyə hazır olmalıyıq”.