“Qələbəni təkcə ordu həll etmir” – ŞƏRH

“Azərbaycan xalqı üçün də ideoloji əsaslar vacib və aktualdır”

 “Ölkəmiz mütləq yenidən erməni faşizm üzərində qələbəni qeyd edəcək"


"Bu gün Faşizm üzərində qələbənin 75 illiyidir. 75 il öncə dünya bir olaraq  Faşizmə qalib gəldi".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, bu qələbədə Azərbaycan həm canlı qüvvəsi, həmdə öz nefti ilə müstəsna rol oynayıb: 

"SSRİ tərkibində vətən mühariəsi adı altında Azərbaycan 600 min canlı qüvvə ilə müharibənin ön sıralarında olub. Bakı nefti cəbhəni 70 faizlə təmin edib. Bu səbəbdən Azərbaycan qələbənin əldə edilməsində böyük pay sahibidir. Bu gün Azərbaycan bu qələbəni qeyd etməyi Rusiya qədər haqq edir. Bu müharibənin Azərbaycan üçün vətən müharibəsi, yaxud dünya müharibəsi adlanması bir o qədər əhəmiyyət kəsb etmir. O zaman bir ideloji platforma altında hamı qələbə, vətən üçün səfərbər olmuşdu".



Analitik bəyan edib ki, bu gün Azərbaycan xalqı üçün də ideoloji əsaslar vacib və aktualdır: 

"Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır. Biz bütünlüklə ərazilərimizin işğaldan azad edilməsinə fokuslanmalıyıq. Bu istiqamətdə ciddi işlər görülməlidir. Çünki qələbəni təkcə ordu həll etmir. Bu gün Azərbaycan erməni faşizmə ilə mübarizə aparır. Ermənistanda faşizm dövlət idelogiyası kimi təbliğ edilir. Faşizmə xidmət edən Qaragin Njdenin İrəvanda heykəlinin ucaldılması faşizmin təbliğinin bariz nümunəsidir. Bu onu göstərir ki, ermənilər faşizm idelogiyasından türklər və Azərbaycanlılara qarşı istifadə edir və bundan sonra da edəcək. Prezident İlham Əliyevin daima Ermənistandakı faşizm məsələsini beynəlxalq platformlarda qaldırması,  Ermənistanın indiki və gələcək planlarının beynəlxalq təhlükəsizlik üçün nə qədər təhlükəli olduğunu göstərir. Azərbaycan mütləq yenidən erməni faşizm üzərində qələbəni qeyd edəcək"