Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 31 milyon nəfəri ötüb



Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 31 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, sentyabrın 19-da dünya üzrə 291 min 196 nəfər koronavirus infeksiyasına yoluxub, 5 min 141 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyədək koronavirus infeksiyasına 31 milyon 42 minə yaxın 990 yoluxma və 962 min 413 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 22 milyon 647 min 901 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 431 min xəstədən 61 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 970 min nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Hindistan tutur - 5 milyon 412 min 565 nəfər. Braziliyada 4 milyon 528 min 347, Rusiyada 1 milyon 103 min 399, Peruda 762 min 865, Kolumbiyada isə 758 min 398 nəfər virusa yoluxub.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 203 min 851 nəfər. İlk beşliyə daxil olan Braziliyada 136 min 565, Hindistanda 86 min 893, Meksikada 73 min 258, Birləşmiş Krallıqda isə 41 min 759 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.