Sarkisyan Paşinyanı ifşa etdi ! - “Baş nazir linç edilir” 

“Paşinyan indi həyatla ölüm arasındadır”

“Sarkisyanın Milli Təhlükəsizlik Xidmətinə çağrılması da bununla bağlıdır”


Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Bu barədə “tert.am” öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, bu gün sabiq prezidentə Milli Təhlükəsizlik Xidmətinə gəlməsi barədə bildiriş göndərilib. Qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan artıq Milli Təhlükəsizlik Xidmətinə aparılıb. Bu gün paytaxt İrəvan şəhərinin Azadlıq meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq keçirilir.




Sarkisyanın Milli Təhülkəsizlik Xidmətinə çağırılma səbəbini “Sherg.az”a şərh edən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Paşinyan əvvəlcədən bilirdi ki, müharibədə məğlub olacaq: 

“Başa düşürdü ki, onu müharibədən sonra linç edəcəklər. Ona görə də Paşinyan indi həyatla ölüm arasındadır. Özünü və ailəsini qorumaq üçün Ermənistandakı baş bilən hesab olunan adamların “başını üzməlidir”.

Sarkisyanın son bəyanatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin açıqladığı hesabatı ilə bağlıdır. Hesabata əsasən, guya Ermənistanda ən çox silahlar 2018-2020-ci illərdə, yəni Paşinyan hakimiyyətə gələndən sonra alınıb.

Sarkisyan isə bu açıqlamadan hiddətləndi. Yəni Sarkisyan “Ermənistan ordusunu mən yaratmışam” demək istəyir.  Ona görə də Sarkisyan Paşinyanı arqumentlərlə ifşa edib. Bu baxımdan o, Milli Təhülkəsizlik Xidmətinə çağırılıb”.

M.Əhmədoğlunun fikrincə, Paşinyan bundan sonra çalışacaq ki, Ermənistandakı durumlardan tam xəbərdar olan şəxsləri aradan çıxarsın:

“Sarkisyanın Milli Təhlükəsizlik Xidmətinə çağrılması da bunun başlanğıcıdır”.