Şəhid övladı Şuşaya şəxsiyyət vəsiqəsi verildi

Vətən müharibəsində şəhid olan kapitan Elçin Ağayevin övladı Şuşaya şəxsiyyət vəsiqəsinin verilməsi xidməti göstərilib.
Bu barədə Azvision.az -a “ASAN xidmət”dən məlumat verilib.
Qeyd edilib ki, şəhid Elçin Şuşanın azadlığında iştirak etməyi arzulayıb, bu şəhəri görmək istəyib. Buna görə də onun yeni doğulan övladına Şuşa adı verilib.