Ermənilər kütləvi surətdə Abxaziyaya köçür


Gələcəkdə onlar Gürcüstan torpaqlarında da ərazi iddiaları qaldıra bilərlər


2021-ci il fevralın 1-dən İrəvandan Rusiyanın müxtəlif şəhərlərinə mütəmadi reyslər bərpa olundu. Reyslərin bərpa olunmasıyla ermənilərin Ermənistandan axını başladı. Bu axının istiqaməti Abxaziyadır. Hətta sərhəd Psou çayından keçən erməni millətindən olan adamların statistikası naməlumdur. Amma sosial şəbəkələrdəki aktivliyə baxsaq görərik ki, söhbət minlərdən gedir. Bu hələ başlanğıcdır.

Ermənistandan hələ ki, Abxaziyaya köçə bilməyən, amma buna niyyətlənən ermənilər üçün ya Krasnodar, ya da Abxaziya erməniləri “eniş məkanı” hazırlayırlar.  Ermənilər köç məsələsini həm də sosial şəbəkələrdən yaşayış yeri və işlə bağlı da sualları çözməyə çalışaraq həll edirlər.

Aydındır ki, Abxaziyanın ermənilərlə məskunlaşması prosesi nəzarətsiz və yayğın şəkildə gedir. Təbii ki, ermənilərin “yeni vətənə” köçü gürcüləri narahat etməkdədir. Bəs görəsən bu, gələcəkdə ermənilərin yeni torpaq iddialarına səbəb ola bilərmi?



Suallarımızı cavablandıran politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, belə bir potensial təhlükə mövcuddur. Onun sözlərinə görə, Abxaziyada bütün strukturlarda, xüsusilə də biznes strukturlarında ermənilərdir.

Bu günləri ermənilər orada həm sosial, həm də iqtisadi yöndə qərar verirlər. Abxaziya sadəcə olaraq bir Gürcüstan torpağı sayılmış olsa da, əslində orada hegemon qüvvə ermənilərdir.

Məhz buna görə də Ermənistan və Qarabağda yaşayan ermənilər daha çox Abxaziyaya getməyə maraqlıdırlar.

Əlbəttə ki, gələcək perspektivdə eynən Qarabağda olduğu kimi, onlar Abxaziyada da müəyyən torpaq iddiaları qaldıra bilərlər. Hətta onun tamamilə erməni dövlətinə məxsus olduğunu iddia edə bilərlər.

Belə bir potensial təhlükəni biz qardaş Türkiyədə də gördük. Buna görə də Gürcüstan dövləti də ermənilərin Abxaziyaya gəlişinə çox narahatdır".