Trampın oğlundan Baydenin yıxılmasına ilginc video-cavab

ABŞ prezidenti Co Bayden, ötən gün təyyarəyə minərkən pilləkənlərdə üç dəfə büdrəyərək yerə yıxıldıqdan sonra Ağ Ev tərəfindən bu barədə açıqlama verilib.
"Sherg.az" bildirir ki, verilən məlumata görə, ölkənin 78 yaşında olan ən yaşlı prezidenti Baydenin yıxılmasının səbəbinin külək olduğu qeyd edilib.
Açıqlamada, pilləkənlərdəki xalçaların küləklə hərəkət etdiyi və Baydenin də ilişdiyi bildirilib.Digər tərəfdən, kiçik Donald Tramp da Baydenin yıxılması ilə bağlı Tvitter hesabında video paylaşıb. O da, Baydenin yıxılmasının səbəbini külək olmadığını deyib.
Videonu sizə təqdim edirik.