Elmi sübut: İndiki peyvəndlər dəyişdirilməlidir - Təsiri azdır

Elm dünyası mövcud koronavirus peyvəndlərinin epidemiyaya qarşı təsirini sona yetə biləcəyi barədə xəbərdarlıq edib. 
"Sherg.az" xəbər verir ki, koronavirusa qarşı hazırlanmış peyvəndlər üçün qorxunc bir açıqlama edilib.
Alimlər, "peyvənd baharı" olaraq  bilinən  müddətin sona çatacağını bildirib.
İngilis qəzeti "İndependenten"dəki xəbərə görə, dünyanın hər yerindən tədqiqatçılar, mövcud peyvəndlərin təsirini azaldacaq mutasiyalara qarşı məlumat veriblər.
 28 ölkədən 77 alimdən ibarət bir sorğuda,  hər 3 tədqiqatçıdan 2-si mövcud peyvəndlərin dəyişdirilməli olacağı iddiasını dəstəkləyib.
 Onlar düşünür ki, 2022-ci ilin əvvəlində COVİD-19 peyvəndləri virusa qarşı  təsirini itirə bilər.