Türk professor insanlara səsləndi

Siqaret çəkənlər koronavirus xəstəliyini 32 dəfə daha ağır keçirir

Ziyanlı vərdişləriniz varsa, koronavirusu dəfələrlə ağır keçirə bilərsiniz. Türkiyəli professor Mehmet Ceylan “Kanal D”dəki  “Nələr olur həyatda...” proqramının canlı yayımına qoşularaq vacib məsləhətlər verib.  Professor qeyd edib ki, koronavirus ürək-damar xəstəliklərinə mənfi təsirini göstərir. Koronavirusa yaxalanan ürək-damar problemi olan birisidirsə, damarda qan laxtası təhlükəsi artır.

Ürək-damar xəstəlikləri olanlar bu məsələdə diqqətli olmalıdır. Professor siqaret çəkənlərin “siqaret koronavirusa yoluxmanın qarşısını alır, virusun ağ ciyərlərdə yerləşməsinə mane olur” kimi özünü aldatmalara da cavab verib: “Tütün məhsullarından istifadə edənlər bu xəstəliyi 32 dəfə daha ağır keçirir. Tütün koronavirus üçün böyük riskdir” deyib.

Həmçinin həkim virusa yoluxub sağalanların orqanizmdə yarana bilən anticisimlərə çox da güvənməməli olduqlarını deyib. Bəzi insanlar anticisim testi üçün müraciət edir, bu isə tibb müəssisələrinin yükünü artırır. 

Professor virusun şəkil dəyişdirməsinə diqqət çəkərək “uşaqlar arasında yoluxma sayı artır. Virusa yoluxan uşaqlarda qarın ağrısı, dəri qopması varsa, mütləq həkimə müraciət edilməlidir” söyləyib.