Çinin kosmik aparatı Marsın tədqiqinə başlayıb

Çinin “Çjujun” kosmik aparatı enmə platformasını uğurla tərk edərək Marsın tədqiqinə başlayıb.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsi məlumatında verib. Qeyd olunub ki, “Çjujun” aparatı enmə platformasını uğurla tərk edib və Mars səthinə çatıb. “Çjujun” kosmik aparatı planetin torpağını, ionosferini və iqlimini öyrənəcək. Aparatın planet səthində işləmə müddəti 90 Yer sutkası təşkil edəcək.