Ev almaq istəyənlərin NƏZƏRİNƏ: “Bazarda canlanma...” – Tələsin !





"Mənzil bazarında qiymətlərin artması devalivasiya zamanı itirilmiş dəyərin bərpasına yönəlib”.

Bunu "Sherg.az”a mənzil bazarındakı vəziyyəti dəyərləndirərkən ekspert Nüsrət İbrahimov bildirib:

Onun sözlərinə görə, hazırda mənzil bazarında qiymət artımı müşahidə olunur:

"Amma bu artım əvvəlki illərdən fərqli olaraq bir qədər stabildir. Artıq mənzillərin qiymətində bir və ya iki faiz artım olur. Son iki-üç il ərzində mənzil bazarında dinamika artan xətt üzrə davam edir. Bazardakı qiymət artımı 2014-2015-ci illərdə baş verən devalvasiya nəticəsində itirilmiş dəyərin bərpasına yönəlmiş bir addımdır. 

Yəni həmin dövrlərdə iki otaqlı ev dollarla ifadədə 80 min dollar, amma manatla ifadə də 63 min manat satılırdı. Amma hazırda iki otaqlı ev 66-70 min manat civarında, lakin məzənnəni dollarla götürdükdə qiymət əvvəlkindən çox aşağı olur. Ona görə də, əvvəllər itirilmiş dəyər insanların alıcılıq qabiliyyətini artdıqca bərpa olunulur. Bu hal bir çox bizə oxşar ölkələrdə yaşanmaqdadır. Qonşu dövlətləri, Rusiya, Belarus və bəzi Baltikyanı dövlətləri misal göstərmək olar”.

N.İbrahimov söyləyir ki, ilin ilk aylarında mənzil bazarında tələbdə müəyyən durğunluq olub:

"Amma Novruz bayramından sonra aktivlik artıb. Yəni hər il mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bazarda tələb artır. Qarşıdakı ay dinamikada yenə canlanma gözlənilir”.

Kənan Eynuroğlu