Ələkbərdən Kəramətə sərt CAVAB: “Yazıçı olsa idi, onu tanıyardım”

Heç kimə sirr deyil ki, Azərbaycanda “Meyxana" adlı tarixi qədim bir janr var. Bu sahəyə neçə-neçə sənətkarlar yaradıcılıqlarında yer verib.   Əfsuslar olsun ki, son illərdə bu janrda bayağılaşma dərinləşir.  Ucuz musiqili meyxanalar, gəncləri kriminala sövq edən kupletlər, söyüş və təhqir dolu deyişmələr insanlarda bu janra olan marağı öləzidib.

Məhz ona görə də, meyxana sənəti ciddi və haqlı tənqidlərə tuş gəlir.  Məsələn, bu günlərdə yazıçı Kəramət Böyükçöl "Sherg.az”a verdiyi açıqlamasında bu janrı sərt tənqid etdi.



Biz də bu amili nəzərə alaraq  tanımış söz xridarı Ələkbər Yasamallı ilə əlaqə saxladıq. Söz ustadı Kəramət Böyükçölü tanımadığını bildirərək bir neçə dəfə ad soyadını soruşdu:

Kimdir Böyükçöl? Bilmirəm o kimdi, amma adından görsənir ki, nəsə xoş adam deyil. Onun üçün də sözünə reaksiya vermək lazım deyil. O özü nə işə baxır?  Yazıçıdır? Yazıçı olsa idi, onu tanıyardım. Yəqin, gic-gic şeylər yazır ki, tanımıram”.